Məzmuna keçin

Sənaye təyinatlı ana platanın ofis təyinatlı ana platadan daha yaxşı olmağının səbəbi nədir?

Son dövrlərə kimi sənaye və kommersiya təyinatlı ana plata bazarının istehsalçılar arasında bölgüsü mütəşəkkil şəkildə aparılırdı. Asus, MSI və Gigabyte şirkətləri kimi ən böyük istehsalçılar yalnız kommersiya təyinatlı plataların istehsalı ilə məşğul olurdular. Bunun səbəbi sənaye təyinatlı plataların 100-1000 ədəd kiçik partiyalarda istehsal edilməsi və onların faydalı istismar müddətinin minimum 5 ildən 20 ilə qədər davam etməsi ilə əlaqələndir. Əksinə, kommersiya təyinatlı platalar isə böyük miqdarda istehsal olunur və onlar 1-2 ildən sonra istehsaldan çıxarılır. Bununla yanaşı, sənaye təyinatlı plata istehsalçıları kommersiya təyinatlı plataları fərdi istifadəyə uyğunlaşdırmaq və sonradan onları kommersiya təyinatlı plata istehsalçılarının bacarmadığı kiçik partiyalarda istehsal etmək qabiliyyətinə malikdirlər.
Bununla belə, son bir neçə il ərzində vəziyyət dəyişib. Kommersiya təyinatlı plata istehsalçıları öz brendləri altında sənaye təyinatlı ana platalar təklif etməyə başlayıb: MSIIPC, ASRockIndustrial, GIGAIPC və AAEON (Asus). Bunun ana plataların xassələrinə hansı dərəcədə təsir edəcəyi hələ məlum deyil, lakin, son istifadəçilərin seçim imkanlarının genişləndiyini qətiyyətlə söyləmək mümkündür.
10-cu Nəsil Intel Core prosessorlarını dəstəkləyən sənaye təyinatlı AIMB-787 (sağda) ilə ATX forma faktorunda kommersiya təyinatlı platanın (solda) vizual müqayisəsi.
10-cu Nəsil Intel Core prosessorlarını dəstəkləyən sənaye təyinatlı AIMB-787 (sağda) ilə ATX forma faktorunda kommersiya təyinatlı platanın (solda) vizual müqayisəsi.
Sənaye təyinatlı platanın ofis təyinatlı platadan başqa üstünlükləri varmı? Əlbəttə, gəlin, sənaye təyinatlı ana plataların əsas üstünlüklərini sadalayaq:
Yüksək keyfiyyətli komponent bazası. Sənaye təyinatlı ana platalar sənaye şəraitində gecə-gündüz işləmək üçün nəzərdə tutulub. Sənaye təyinatlı plataların komponentləri ofis təyinatlı platalar ilə müqayisədə daha yüksək texniki imkanlara malikdir. Məsələn, sənaye təyinatlı platanın kondensatorları daha yüksək temperatur aralığında işləmək üçün nəzərdə tutulub və onlar kommersiya təyinatlı platanın kondensatorlarından daha uzun ömürlüdür.
Faydalı istismar dövrününü uzun olması və dəstək. Sənaye təyinatlı ana plataların minimum faydalı istismar müddəti orta hesabla 5 il təşkil edir. 1-2 il ərzində köhnələn kommersiya təyinatlı platalardan fərqli olaraq bu cür platalara texniki qulluq müddəti və onların satışda olma müddəti  orta hesabla 15 ilə çatır.
İnterfeysin tələb əsasında fərdi istifadəyə uyğunlaşdırılması. Sənaye təyinatlı plataların istehsalçıları, hətta kiçik miqdarda olsa da belə, standart model əsasında belə plataları fərdi istifadəyə uyğunlaşdırmaq / işləyib hazırlamaq imkanına malikdirlər. Bundan əlavə, istehsalçılar test üçün müştəriyə bir nümunə təqdim edə bilər, lakin, kommersiya təyinatlı plata istehsalçıları bu təklifi etməyi bacarmırlar.
Köhnəlmiş interfeyslər üçün dəstək. İstehsal edildiyi müddətin uzun olduğuna və müxtəlif konfiqurasiyalara malik olduğuna baxmayaraq, sənaye təyinatlı platalar hələ də LPT (paralel birləşdirici) və ya ISA yuvası kimi köhnə interfeysləri dəstəkləyir.
Köhnə proqram təminatı üçün dəstək. Əgər siz sənaye təyinatlı plata əsasında konkret tapşırıq üçün proqram və aparat həlli yaratsanız, o zaman bir neçə ildən sonra platanın istehsaldan çıxarılması və ya onun sifariş edilməsinin əlçatmaz olması səbəbindən proqramı yenidən işləməli olacağınıza görə heç bir narahatçılığa lüzum qalmır.
Unikal performans və forma faktorları. Sənaye təyinatlı platalar kommersiya seqmentində rast gəlinməyən xüsusi forma faktorlarında istehsal olunur. Məsələn, çoxlu sayda PCI yuvasına malik olan kompüterlər PICMG 1.3 forma faktorlu platalar əsasında istehsal olunur. Tamamilə unikal forma faktorları da var (məsələn, PCISA). PCISA prosessor plataları eyni anda iki şinə malik olur (PCI və ISA). Belə platalar yalnız Tayvanın iEi şirkəti tərəfindən istehsal olunur. 
PICMG 1.3 forma faktorlu prosessor platası passiv genişləndirici sistem platasında quraşdırıb.
Kommersiya təyinatlı çipsetlərinin istifadəsi. Əksər sənaye təyinatlı platalar Intel Q seriyalı çipsetlər əsasında qurulub və onlar xüsusi olaraq korporativ bazar üçün nəzərdə tutulub. Intel Q seriyalı çipsetləri qabaqcıl təhlükəsizlik və idarəetmə alətlərinin dəstəyi vasitəsilə əsas funksionallığı özündə birləşdirir. AMD çipsetlərinə əsaslanan platalar daha az yayılıb. Həmçinin bazarın ayrıca seqmentini ARM-yə bənzər prosessorlara əsaslanan platalar tutur. Belə platalar xüsusi tapşırıqları həll etmək üçün nəzərdə tutulub.
Müxtəlif forma faktorlara malik sənaye təyinatlı plataların nümunəsi
Nəticə
Sənaye təyinatlı ana plata ilə kommersiya təyinatlı ana plata arasındakı yuxarıdakı fərqlərə əsaslanaraq, adi bir kommersiya təyinatlı kompüterin sərt iş şəraitində istehsal problemlərini həll edə bilməyəcəyi aydın görünür. Sənaye təyinatlı ana platasına əsaslanan fərdi kompüter aşağı temperatur da daxil olmaqla 24/7 rejimində onilliklər ərzində işləyə biləcəkdir. Sənaye təyinatlı plata bir ildən sonra satışdan çıxarılmayacaq və onu fərdi istifadəyə uyğunlaşdırmaq, funksionallığını artırmaq və köhnəlmiş interfeysləri dəstəkləmək lazım gəldikdə, istehsalçı hətta kiçik miqdarda belə plata istehsal edə biləcəkdir.
Növbəti məqalə MQTT nədir və o, IIoT -də nə üçün lazımdır? MQTT protokolunun təsviri