Məzmuna keçin

Komanda nümunələri ilə birlikdə Modbus TCP protokolunun ətraflı təsviri

Bu məqalədə siz Modbus RTU protokolunun təkamülü olan Modbus TCP protokolu haqqında öyrənəcəksiniz. Məqalənin ingiliscə versiyası bu internet səhifəsində mövcuddur: ipc2u.com.

Ətraflı təsvir və komanda nümunələri ilə birlikdə Modbus RTU protokolunun sadə dildə izahı

Mündəricat:

Modbus TCP komandasını hara göndərmək olar?

Ethernet şəbəkəsində cihazın ünvanı onun IP ünvanıdır. Adətən, qurğular eyni altşəbəkədə yerləşir, burada IP ünvanları ən çox yayılmış altşəbəkə maskası 255.255.255.0-dan istifadə edərək 192.168.1.20 –in son rəqəmləri ilə fərqlənir.

Ethernet şəbəkəsi interfeysdir, məlumat ötürmə protokolu TCP/IP-dir.

İstifadə olunan TCP portu: 502.

Yuxarıda - Mündəricat bölməsində

Modbus TCP protokolunun təsviri

Modbus TCP komandası Modbus RTU mesaj hissəsindən və xüsusi başlıqdan ibarətdir.

Modbus RTU haqqında məlumat bu məqalədə yazılıb.

MGate seriyalı Modbus TCP və Modbus RTU protokol çeviriciləri

PDU, Protocol Data Unit-i yaratmaq üçün başlanğıcda SlaveID ünvanı və sonda CRC yoxlama cəmi Modbus RTU mesajından çıxarılır.

17-ci cihazının ünvanı ilə 40108 saylı registrdən 40110 saylı registrə qədər AO analoq çıxışın (holding registers) qiymətini almaq üçün Modbus RTU sorğusunun nümunəsi aşağıda verilib.

11 03 006B 0003 7687

11 SlaveID (17 = 11 hex) cihazının ünvanı
03 Funksiya kodu Function Code (Analog Output Holding Registers-i oxumaq)
006B Birinci registrin ünvanı (40108-40001 = 107 =6B hex)
0003 Tələb olunan registrlərin sayı (40108-dən 40110-a qədər 3 registri oxumaq)
7687 CRC yoxlama cəmi

SlaveID cihaz ünvanını və CRC yoxlama cəmini çıxırıq və PDU alırıq:

03 006B 0003

Nəticədə əldə edilmiş PDU mesajının əvvəlinə MBAP Header (Modbus Application Header) adlanan yeni 7 baytlıq başlıq əlavə edilir. Bu başlıqda aşağıdakı məlumatlar var:

Transaction Identifier (Tranzaksiyanın identifikatoru): Hər bir sorğunu unikal şəkildə müəyyən etmək üçün Master tərəfindən 2 bayt təyin edilir. Bu, hər hansı biri ola bilər. Bu baytlar Slave tərəfindən cavabda təkrar olunur, çünki Slave-dən gələn cavablar həmişə sorğularla eyni ardıcıllıqla əldə olunmaya bilər.

Protocol Identifier (Protokolun identifikatoru): 2 bayt Master tərəfindən təyin edilir, o, həmişə Modbus protokoluna uyğun şəkildə = 00 00 olacaqdır.

Length (Uzunluq): 2 bayt Master tərəfindən təyin edilir və növbəti mesajdakı baytların sayını müəyyən edir. Unit Identifier-dən  mesajın sonuna qədər sayılır.

Unit Identifier (Blok İdentifikatoru və ya cihaz ünvanıdır): Master tərəfindən 1 bayt təyin edilir. Slave cihazını unikal şəkildə müəyyən etmək üçün Slave cihazı tərəfindən təkrarlanır.

Nəticədə, aşağıdakıları əldə edirik:

Modbus RTU Slave ID Sorğu CRC
Modbus RTU 11 03 006B 0003 7687
Modbus TCP 0001 0000 0006 11 03 006B 0003
Modbus TCP MBAP Header PDU
Modbus TCP ADU, Application Data Unit

Olduğu yerdə:

0001 Tranzaksiyanın identifikatoru Transaction Identifier
0000 Protokolun identifikatoru Protocol Identifier
0006 Uzunluğu (6 bayt sonra gəlir) Message Length
11 Cihazın ünvanı (17 = 11 hex) Unit Identifier
03 Funksiya kodu (oxuyuruq: Analog Output Holding Registers) Function Code
006B Birinci registrin ünvanı (40108-40001 = 107 =6B hex) Data Address of the first register
0003 Tələb olunan registrlərin sayı (40108-dən 40110-a qədər 3 registri oxumaq) The total number of registers

Modbus RTU Slave cihazından aşağıdakıları alırıq:

0001 0000 0009 11 03 06 022B 0064 007F

Olduğu yerdə:

0001 Tranzaksiyanın identifikatoru Transaction Identifier
0000 Protokolun identifikatoru Protocol Identifier
0009 Uzunluğu (9 bayt sonra gəlir) Message Length
11 Cihazın ünvanı (17 = 11 hex) Unit Identifier
03 Funksiya kodu (oxuyuruq: Analog Output Holding Registers) Function Code
06 Növbəti baytların sayı (6 bayt sonra gəlir) Byte Count
02 Registrin ən yüksək mərtəbəsinin (bitinin) qiyməti (02 hex) Register value Hi (AO0)
2B Registrin ən aşağı mərtəbəsinin (bitinin) qiyməti (2B hex) Register value Lo (AO0)
00 Registrin ən yüksək mərtəbəsinin (bitinin) qiyməti (00 hex) Register value Hi (AO1)
64 Registrin ən aşağı mərtəbəsinin (bitinin) qiyməti (64 hex) Register value Lo (AO1)
00 Registrin ən yüksək mərtəbəsinin (bitinin) qiyməti (00 hex) Register value Hi (AO2)
7F Registrin ən aşağı mərtəbəsinin (bitinin) qiyməti (7F hex) Register value Lo (AO2)

AO0 analoq çıxış registri onluq sistemdə 02 2B HEX və ya 555 qiyməti təyin edilir.

AO1 analoq çıxış registri onluq sistemdə 00 64 HEX və ya 100 qiyməti təyin edilir.

AO2 analoq çıxış registri onluq sistemdə 00 7F HEX və ya 127 qiyməti təyin edilir.

Yuxarıda - Mündəricat bölməsində

Modbus TCP komanda tipləri (növləri)

Modbus TCP registrlərinin oxunması və yazılması üçün kodlar olan cədvəl aşağıda verilib.

Funksiyaların kodu Bu funksiya nə edir Qiymətin tipi Giriş tipi
01 (0x01) DO Oxumaq Read Coil Status Rəqəmsal Oxumaq
02 (0x02) DI Oxumaq Read Input Status Rəqəmsal Oxumaq
03 (0x03) AO Oxumaq Read Holding Registers 16 bit Oxumaq
04 (0x04) AI Oxumaq Read Input Registers 16 bit Oxumaq
05 (0x05) Bir DO Yazmaq Force Single Coil Rəqəmsal Yazmaq
06 (0x06) Bir AO Yazmaq Preset Single Register 16 bit Yazmaq
15 (0x0F) Bir neçə DO Yazmaq Force Multiple Coils Rəqəmsal Yazmaq
16 (0x10) Bir neçə AO Yazmaq Preset Multiple Registers 16 bit Yazmaq

Modbus Protokolunun konvertasiyasının nüansları. Şluz nə vaxt lazımınız olacaq və serial cihaz serverinə nə vaxt ehtiyacınız var?

Yuxarıda - Mündəricat bölməsində

Rəqəmsal girişi oxumaq üçün Modbus TCP komandasını necə göndərmək olar? Komanda 0x01

Bu komandadan DO rəqəmsal girişlərin qiymətlərini oxumaq üçün istifadə olunur.

PDU sorğusu birinci DO registrinin başlanğıc ünvanını və tələb olunan DO qiymətlərinin növbəti sayını təyin edir. PDU - larda DO qiymətləri sıfırdan başlayaraq ünvanlanır.

Cavabdakı DO qiymətləri bir baytdadır və bitlərin qiymətinə uyğundur.

Bit qiymətləri 1 = ON və 0 = OFF kimi müəyyən edilir.

Birinci məlumat baytının ən aşağı biti sorğuda ünvanı göstərilən DO qiymətini özündə daşıyır. Qalan DO qiymətləri artan sıra ilə ən yüksək bayt qiymətinə qədər davam edir, yəni, sağdan sola doğru.

Əgər səkkizdən az DO qiyməti tələb edilmiş olarsa, o halda  cavabda qalan bitlər sıfırlarla doldurulacaqdır (ən aşağı baytdan ən yüksək bayta qədər). Byte Count Növbəti baytların sayı sahəsi cavabdakı məlumatların tam baytlarının sayını göstərir.

Bayt Sorğu Bayt Cavab
(Hex) Sahənin adı (Hex) Sahənin adı
01 Tranzaksiyanın identifikatoru 01 Tranzaksiyanın identifikatoru
02 02
00 Protokolun identifikatoru 00 Protokolun identifikatoru
00 00
00 Mesajın uzunluğu 00 Mesajın uzunluğu
06 04
01 Cihazın ünvanı 01 Cihazın ünvanı
01 Funksiya kodu 01 Funksiya kodu
00 Birinci Hi bayt registrin ünvanı 01 Növbəti baytların sayı
00 Birinci Lo bayt registrin ünvanı 02 Bu registrin qiyməti: DO 0-1
00 Hi bayt registrlərinin miqdarı
02 Lo bayt registrlərinin miqdarı

DO0-1 çıxışlarının statusları 02 hex baytının qiymətləri kimi və ya ikilik sistemi 0000 0010-da göstərilir.

DO1 qiyməti sağdan ikinci, DO0 qiyməti sə sağdan birinci olacaqdır (ən aşağı bit).

Qalan altı bit tam baytla sıfırlarlarla doldurulmuşdur, çünki onlar tələb olunmamışdır.

Kanallar - - - - - - DO 1 DO 0
Bitlər 0 0 0 0 0 0 1 0
Hex 02

Rəqəmsal çıxış modulları: ioLogik E1211ET-7060ADAM-6060

Yuxarıda - Mündəricat bölməsində

Rəqəmsal girişi oxumaq üçün Modbus TCP komandasını necə göndərmək olar? Komanda 0x02

Bu komandadan DI rəqəmsal girişlərin qiymətlərini oxumaq üçün istifadə olunur.

Sorğu и ответ для DI похож на запрос для DO.

Bayt Sorğu Bayt Cavab
(Hex) Sahənin adı (Hex) Sahənin adı
01 Tranzaksiyanın identifikatoru 01 Tranzaksiyanın identifikatoru
02 02
00 Protokolun identifikatoru 00 Protokolun identifikatoru
00 00
00 Mesajın uzunluğu 00 Mesajın uzunluğu
06 04
01 Cihazın ünvanı 01 Cihazın ünvanı
02 Funksiya kodu 02 Funksiya kodu
00 Birinci Hi bayt registrin ünvanı 01 Növbəti baytların sayı
00 Birinci Lo bayt registrin ünvanı 03 Bu registrin qiyməti: DI 0-1
00 Hi bayt registrlərinin miqdarı
02 Lo bayt registrlərinin miqdarı

DI 0-1 çıxışlarının statusları 03 hex baytının qiymətləri kimi və ya ikilik sistemi 0000 0011-də göstərilir

DI1 qiyməti sağdan ikinci, DI0 qiyməti sə sağdan birinci olacaqdır (ən aşağı bit).

Qalan bitlər sıfırlarlarla doldurulmuşdur.

Rəqəmsal girişi olan modullar: ioLogik E1210ET-7053ADAM-6050

Yuxarıda - Mündəricat bölməsində

Analoq çıxışı oxumaq üçün Modbus TCP komandasını necə göndərmək olar? Komanda 0x03

Bu komandadan AO analoq çıxışların qiymətlərini oxumaq üçün istifadə olunur

Bayt Sorğu Bayt Cavab
(Hex) Sahənin adı (Hex) Sahənin adı
01 Tranzaksiyanın identifikatoru 01 Tranzaksiyanın identifikatoru
02 02
00 Protokolun identifikatoru 00 Protokolun identifikatoru
00 00
00 Mesajın uzunluğu 00 Mesajın uzunluğu
06 07
01 Cihazın ünvanı 01 Cihazın ünvanı
03 Funksiya kodu 03 Funksiya kodu
00 Birinci Hi bayt registrin ünvanı 04 Növbəti baytların sayı
00 Birinci Lo bayt registrin ünvanı 02 Bu registrin qiyməti: Hi (AO0)
00 Hi bayt registrlərinin miqdarı 2B Bu registrin qiyməti: Lo (AO0)
02 Lo bayt registrlərinin miqdarı 00 Bu registrin qiyməti: Hi (AO1)
64 Bu registrin qiyməti: Lo (AO1)

AO0 çıxışının statusu 02 2B hex baytının qiymətləri kimi və ya onluq sistemi 555-də göstərilir

AO1 çıxışının statusu 00 64 hex baytının qiymətləri kimi və ya onluq sistemi 100-də göstərilir

Rəqəmsal girişi olan modullar: ioLogik E1210ET-7053ADAM-6050

Yuxarıda - Mündəricat bölməsində

Analoq girişi oxumaq üçün Modbus TCP komandasını necə göndərmək olar? Komanda 0x04

Bu komandadan AI analoq girişlərinin qiymətlərini oxumaq üçün istifadə olunur.

Bayt Sorğu Bayt Cavab
(Hex) Sahənin adı (Hex) Sahənin adı
01 Tranzaksiyanın identifikatoru 01 Tranzaksiyanın identifikatoru
02 02
00 Protokolun identifikatoru 00 Protokolun identifikatoru
00 00
00 Mesajın uzunluğu 00 Mesajın uzunluğu
06 07
01 Cihazın ünvanı 01 Cihazın ünvanı
04 Funksiya kodu 04 Funksiya kodu
00 Birinci Hi bayt registrin ünvanı 04 Növbəti baytların sayı
00 Birinci Lo bayt registrin ünvanı 00 Bu registrin qiyməti: Hi (AI0)
00 Hi bayt registrlərinin miqdarı 0A Bu registrin qiyməti: Lo (AI0)
02 Lo bayt registrlərinin miqdarı 00 Bu registrin qiyməti: Hi (AI1)
64 Bu registrin qiyməti: Lo (AI1)

AI0 çıxışının statusu 00 0A hex baytının qiymətləri kimi və ya onluq sistemi 10-da göstərilir

AI1 çıxışının statusu 00 64 hex baytının qiymətləri kimi və ya onluq sistemi 100-də göstərilir.

Analoq girişli modullar: ioLogik E1240ET-7017-10ADAM-6217

Yuxarıda - Mündəricat bölməsində

Rəqəmsal çıxışı yazmaq üçün Modbus TCP komandasını necə göndərmək olar? Komanda 0x05

Bu komandadan DO rəqəmsal çıxışının bir qiymətini yazmaq üçün istifadə olunur.

FF 00 hex qiyməti ON işə salınma vəziyyətinə qoyulur.

00 00 hex qiyməti OFF söndürülmə vəziyyətinə qoyulur.

Bütün digər qiymətlər etibarsızdır və çıxış qiymətinə təsir etməyəcəkdir.

Belə bir sorğuya normal cavab DO statusu dəyişdirildikdən sonra qaytarılan əks-sədadır (cavabda sorğunun təkrarlanması).

Bayt Sorğu Bayt Cavab
(Hex) Sahənin adı (Hex) Sahənin adı
01 Tranzaksiyanın identifikatoru 01 Tranzaksiyanın identifikatoru
02 02
00 Protokolun identifikatoru 00 Protokolun identifikatoru
00 00
00 Mesajın uzunluğu 00 Mesajın uzunluğu
06 06
01 Cihazın ünvanı 01 Cihazın ünvanı
05 Funksiya kodu 05 Funksiya kodu
00 Hi bayt registrin ünvanı 00 Hi bayt registrin ünvanı
01 Lo bayt registrin ünvanı 01 Lo bayt registrin ünvanı
FF Hi baytın qiyməti FF Hi baytın qiyməti
00 Lo baytın qiyməti 00 Lo baytın qiyməti

DO1 çıxışının statusu söndürülmə OFF -dan işəsalma ON vəziyyətinə dəyişdirilib.

Rəqəmsal çıxış modulları: ioLogik E1211ET-7060ADAM-6060

Yuxarıda - Mündəricat bölməsində

Analoq çıxışı yazmaq üçün Modbus TCP komandasını necə göndərmək olar? Komanda 0x06

Bu komandadan AO analoq çıxışının bir qiymətini yazmaq üçün istifadə olunur.

Bayt Sorğu Bayt Cavab
(Hex) Sahənin adı (Hex) Sahənin adı
01 Tranzaksiyanın identifikatoru 01 Tranzaksiyanın identifikatoru
02 02
00 Protokolun identifikatoru 00 Protokolun identifikatoru
00 00
00 Mesajın uzunluğu 00 Mesajın uzunluğu
06 06
01 Cihazın ünvanı 01 Cihazın ünvanı
06 Funksiya kodu 06 Funksiya kodu
00 Hi bayt registrin ünvanı 00 Hi bayt registrin ünvanı
01 Lo bayt registrin ünvanı 01 Lo bayt registrin ünvanı
55 Hi baytın qiyməti 55 Hi baytın qiyməti
FF Lo baytın qiyməti FF Lo baytın qiyməti

AO0 çıxışının statusu 55 FF hex baytının qiymətləri kimi və ya onluq sistemi 22015-də göstərilir.

Analoq çıxışı olan modullar: ioLogik E1241ET-7028ADAM-6224

Yuxarıda - Mündəricat bölməsində

Bir neçə rəqəmsal çıxışı yazmaq üçün Modbus TCP komandasını necə göndərmək olar? Komanda 0x0F

Bu komandadan DO rəqəmsal çıxışın bir neçə qiymətini yazmaq üçün istifadə olunur.

Bayt Sorğu Bayt Cavab
(Hex) Sahənin adı (Hex) Sahənin adı
01 Tranzaksiyanın identifikatoru 01 Tranzaksiyanın identifikatoru
02 02
00 Protokolun identifikatoru 00 Protokolun identifikatoru
00 00
00 Mesajın uzunluğu 00 Mesajın uzunluğu
08 06
01 Cihazın ünvanı 01 Cihazın ünvanı
0F Funksiya kodu 0F Funksiya kodu
00 Birinci Hi bayt registrin ünvanı 00 Birinci Hi bayt registrin ünvanı
00 Birinci Lo bayt registrin ünvanı 00 Birinci Lo bayt registrin ünvanı
00 Hi bayt registrlərinin miqdarı 00 Yazılı registr Hi baytlarının miqdarı
02 Lo bayt registrlərinin miqdarı 02 Yazılı registr Lo baytlarının miqdarı
01 Növbəti baytların sayı
02 Bayt qiyməti

DO1 çıxışının statusu söndürülmə OFF -dan işəsalma ON vəziyyətinə dəyişdirilib.

DO0 çıxışının statusu söndürülmə OFF olaraq qalır.

Rəqəmsal çıxış modulları: ioLogik E1211ET-7060ADAM-6060

Yuxarıda - Mündəricat bölməsində

Bir neçə analoq çıxışı yazmaq üçün Modbus RTU komandasını necə göndərmək olar? Komanda 0x10

Bu komandadan AO analoq çıxışının bir neçə qiymətini yazmaq üçün istifadə olunur.

Bayt Sorğu Bayt Cavab
(Hex) Sahənin adı (Hex) Sahənin adı
01 Tranzaksiyanın identifikatoru 01 Tranzaksiyanın identifikatoru
02 02
00 Protokolun identifikatoru 00 Protokolun identifikatoru
00 00
00 Mesajın uzunluğu 00 Mesajın uzunluğu
0B 06
01 Cihazın ünvanı 01 Cihazın ünvanı
10 Funksiya kodu 10 Funksiya kodu
00 Birinci Hi bayt registrin ünvanı 00 Birinci Hi bayt registrin ünvanı
00 Birinci Lo bayt registrin ünvanı 00 Birinci Lo bayt registrin ünvanı
00 Hi bayt registrlərinin miqdarı 00 Yazılı registr Hi baytlarının miqdarı
02 Lo bayt registrlərinin miqdarı 02 Yazılı registr Lo baytlarının miqdarı
04 Növbəti baytların sayı
00 Hi AO0 baytının qiyməti
0A Lo AO0 baytının qiyməti
01 Hi AO1 baytının qiyməti
02 Lo AO1 baytının qiyməti

AO0 çıxışının statusu 00 0A hex baytının qiymətləri kimi və ya onluq sistemi 10-da göstərilir.

AO1 çıxışının statusu 01 02 hex baytının qiymətləri kimi və ya onluq sistemi 258-də göstərilir.

Analoq çıxışı olan modullar: ioLogik E1241ET-7028ADAM-6224

Yuxarıda - Mündəricat bölməsində

Modbus TCP sorğu xətaları hansılardır

Əgər cihaza sorğu daxil olursa, lakin sorğunun emal edilməsi mümkün olmursa, o zaman cihaz xəta kodu ilə cavab verəcəkdir.

Cavab dəyişdirilmiş Funksiya kodunu özündə daşıyacaq, onun ən yüksək biti 1-ə bərabər olacaqdır.

Nümunə:

Olmuşdur Baş vermişdir
Sorğudakı funksiya xətası kodu Cavabdakı funksiya xətası kodu
01 (01 hex) 0000 0001 129 (81 hex) 1000 0001
02 (02 hex) 0000 0010 130 (82 hex) 1000 0010
03 (03 hex) 0000 0011 131 (83 hex) 1000 0011
04 (04 hex) 0000 0100 132 (84 hex) 1000 0100
05 (05 hex) 0000 0101 133 (85 hex) 1000 0101
06 (06 hex) 0000 0110 134 (86 hex) 1000 0110
15 (0F hex) 0000 1111 143 (8F hex) 1000 1111
16 (10 hex) 0001 0000 144 (90 hex) 1001 0000
Xətalı sorğu və cavab nümunələri:
Bayt Sorğu Bayt Cavab
(Hex) Sahənin adı (Hex) Sahənin adı
01 Tranzaksiyanın identifikatoru 01 Tranzaksiyanın identifikatoru
02 02
00 Protokolun identifikatoru 00 Protokolun identifikatoru
00 00
00 Mesajın uzunluğu 00 Mesajın uzunluğu
06 03
0A Cihazın ünvanı 0A Cihazın ünvanı
01 Funksiya kodu 81 Dəyişdirilmiş bit ilə Funksiya kodu
04 Birinci Hi bayt registrin ünvanı 02 Xəta kodları
A1 Birinci Lo bayt registrin ünvanı
00 Hi bayt registrlərinin miqdarı
01 Lo bayt registrlərinin miqdarı
Xəta kodlarının açıqlanması
01 Qəbul edilmiş Funksiya kodunu emal etmək mümkün olmadı.
02 Sorğuda göstərilən məlumat ünvanı mövcud deyil.
03 Sorğu məlumatı sahəsində olan qiymət etibarsız qiymətdir
04 Tabe olan cihaz tələb olunan hərəkəti yerinə yetirməyə cəhd edərkən bərpa olunmayan xəta baş verdi.
05 Tabe olan cihaz sorğunu qəbul edib və onu emal edir, lakin bu, çox vaxt tələb edir. Bu cavab başda duran cihazın taym-aut xətası yaratmasının qarşısını alır.
06 Tabe olan cihaz komandaları emal etməklə məşğuldur. Başda duran cihaz daha sonra tabe olan cihaz azad olan zaman mesajı təkrar etməlidir.
07 Tabe olan cihaz sorğuda göstərilən proqram funksiyasını yerinə yetirə bilmir. Bu kod 13 və ya 14 nömrəli funksiyalardan istifadə edərək uğursuz proqram sorğusu üçün qaytarılır. Başda duran cihaz tabe olan cihazdan diaqnostika haqqında informasiyaları və ya xətalar haqqında informasiyaları tələb etməlidir.
08 Tabe olan cihazı genişləndirilmiş yaddaşı oxuyarkən paritet xətası ilə qarşılaşdı. Başda duran cihaz sorğunu təkrarlaya bilər, lakin belə hallarda adətən təmir tələb olunur.
10
(0A hex)
Şlüz səhv konfiqurasiya edilib və ya sorğularla həddən artıq yüklənib.
11
(0B hex)
Slave cihazı onlayn deyil və ya ondan heç bir cavab yoxdur.

Yuxarıda - Mündəricat bölməsində

Modbus TCP protokolu ilə işləmək üçün proqramlar

Aşağıda Modbus TCP cihazları ilə asanlıqla qarşılıqlı əlaqə qurmağınıza kömək edəcək proqramlar verilmişdir.

RTU, ASCII, TCP dəstəyi ilə Modbus Master ToolYüklə

Modbus TCP dəstəyi ilə Modbus TCP clientYüklə

Əvvəlki məqalə RS-232, RS-422 və RS-485 interfeysləri arasında hansı fərqlər var?
Növbəti məqalə Ətraflı təsvir və nümunələr ilə birlikdə Modbus RTU haqqında sadə izahlı məlumat